Azərbaycanca: abstrakt
İzahı:
[lat. abstractio – pozulmaq, mücərrədləşmə]
1. Mücərrədlik;
2. Roma filosofu Boesi (480-524 illər) tərəfindən elmi leksikona daxil edilmiş və Aristotelin işlətdiyi yunan termininin tərcüməsi olan anlayış;
3. Konkret varlıqla əlaqəsi olmayan; mücərrəd (konkretin əksi). Məsələn, abstrakt anlayış, abstrakt mühakimə. Abstraktlaşdırmaq – mücərrədləşdirmək, mücərrəd məfhumlar yaratmaq; məntiqi olaraq konkret, ayrı-ayrı əşyadan ümumi məfhumlara və inkişaf qanunlarına keçmək: bir şeyi onun ikinci dərəcəli əlamətlərindən sərf-nəzər edərək tədqiq etmək.
Mənbə:
R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. “Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər”. Бakı, “İnformasiya Texnologiyaları”, 2009, 201 s.