A formatları

Beynəlxalq İSO standartlarına müvafiq olaraq, ən böyük ölçüsü A0, ən kiçik ölçüsü isə A10 sayılır; yəni A4 (210x297 mm), A0 (841x1189 mm), A10 (26x37 mm). Müvafiq olaraq digər nəşr formatları çap vərəqinin qatlanması ilə alınır. Tərəflərin uzunluğu 1:2 nisbətdə götürülür.

Ətraflı...
abituriyent

[lat. abituriens (abiturientis)]

1. Bir çox ölkələrdə orta məktəbi bitirən şəxs;

2. Təhsil almaq məqsədi ilə ali və ya orta ixtisas məktəbinə daxil olmaq istəyən şəxs.

Ətraflı...
abreviatura

1. Mürəkkəb sözlərin ixtisarı (mürəkkəb qısaldılmış söz);

2. Sözlərin baş hərfləri ilə müxtəsər yazılışı;

3, İki və daha çox sözdən ixtisarlarla düzəldilən onomastik vahid;

4. Sözün baş hərflərini və ya hissələrini saxlamaqla düzəldilmiş mürəkkəb qısaltmalar. Məsələn, ABŞ (Amerika Birləşmiş Ştatları).

Ətraflı...
abstraksiya

[lat. abstraction – mücərrədləşmə, abstractio – ayırma, abstrakctia – fikrən ayrılma, təcridetmə]

1. Elmi-tədqiqat metodu;

2. İdrak prosesində predmet və hadisələrin əhəmiyyətsiz xassə və əlamətlərinin fikrən ayrılması, mühüm, əsas əlamətlərin ümumiləşdirilməsi;

3. Abstrakt təsəvvür: əşyanın, hadisənin əsas əlamətlərinin aşkar edilməsi, mücərrəd fikir və anlayış, nəzəri, elmi ümumiləşdirmə;

4. Təcrid;

5. İ

Ətraflı...
abstrakt

[lat. abstractio – pozulmaq, mücərrədləşmə]

1. Mücərrədlik;

2. Roma filosofu Boesi (480-524 illər) tərəfindən elmi leksikona daxil edilmiş və Aristotelin işlətdiyi yunan termininin tərcüməsi olan anlayış;

3. Konkret varlıqla əlaqəsi olmayan; mücərrəd (konkretin əksi). Məsələn, abstrakt anlayış, abstrakt mühakimə. Abstraktlaşdırmaq – mücərrədləşdirmək, mücərrəd məfhumlar yaratmaq; məntiqi olaraq konkret, ayrı-ayrı əşyadan &uum

Ətraflı...
absurd

Cəfəngiyat, mənasızlıq, boş söz, mənasız fikir və söz-söhbət.

Ətraflı...
abunə

Abonement haqqını ödəməklə kütləvi informasiya vasitələrinə əvvəlcədən yazılma. Məsələn, abunə şöbəsi, abunə qəbulu, abunə vərəqəsi.

Ətraflı...
abzas

[alm. absatz – sətirbaşı]

1. Sətirbaşlanğıcı;

2. Mətnin bir sətirbaşından digər sətirbaşına qədər olan hissəsi;

3. Çap və ya əlyazması mətnlərində sətir başında verilən ara, sətirbaşı;

4. Mətnin iki sətirbaşı arasındakı məzmunca bağlı hissəsi;

5. Mətnin hər hansı bir hissəsinin əvvəlində boş yer (sətirbaşı);

6. Mətnin sətirbaşı ilə ayrılmış, məna baxımından nisbətən tamamlanmış hissəsi.

Ətraflı...
açar söz

1. İnformasiya axtarışı məqsədilə müəyyən sənədin (sənədlərin) məzmununu ifadə edən söz və ya söz birləşməsi;

2. Proqramlaşdırma dilinin qaydaları əsasında mənası müəyyən edilən və proqram sətirlərinin başa düşülməsi üçün translyator və ya insan tərəfindən istifadə edilən identifikator.

Ətraflı...
açar sözlər göstəricisi

Sənədlərin sərlövhələrində və mətnlərdə verilən əsas anlayış və terminlərin mikrokontekstdə (səhifənin mərkəzi hissəsində) əlifba sırasında verilməsi əsasında qurulan axtarış sistemi.

Ətraflı...
Cəm : 65
Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.