açıq dərs

Başqa müəllimlərin də iştirak etdiyi dərs. Açıq dərsi təcrübəli müəllim aparır. Məqsəd bu və ya digər fənnin düzgün təlim üsulunu nümayiş etdirməkdir. Açıq dərs pedaqoji təcrübə mübadiləsi və təkmilləşdirmənin mühüm vasitələrindəndir.

Ətraflı...
adaptasiya

[lat. adaptatio – uyğunlaşma, adapto – üyğunlaşdırıram]

1. İqtisadi, texniki sistemlərin və onun ayrı-ayrı subyektlərinin dəyişkən xarici mühit və şəraitə, istehsal, əmək, mübadilə və həyat şəraitinə uyğunlaşması;

2. Sistemlərin uyğunlaşması;

3. Qüvvədə olan dövlətdaxili hüquq normalarının həmin dövlətin qanunvericiliyində heç bir dəyişikliklər edilmədən onun yeni beynəlxalq öhdəliklərinə uyğunlaşdırılması; 4)orqa

Ətraflı...
adekvat

[lat. adaequatus – bərabərləşdirilmiş, bərabər]

Tam uyğun, dəqiq, mutabiq, bərabər, ekvivalent, eyni, üst-üstə düşən. Məsələn, adekvat cisim və hadisələr.

Ətraflı...
adresat

Adına məktub, teleqram və s. göndərilən şəxs.

Ətraflı...
adyunkt

[lat. adjunctus – birləşdirilmiş]

1. Kiçik elmi işçi;

2. Kafedra müdiri, professor, akademik köməkçisi;

3. Ali hərbi məktəblərdə və silahlı qüvvələrin elmi-tədqiqat müəssisələrində pedaqoji və elmi-tədqiqat işinə hazırlanan zabit;

4. Ali hərbi təhsil və elmi-tədqiqat müəssisələrində elmi və elmi-pedaqoji kadr hazırlığının əsas formalarından biri.

Ətraflı...
afera

[fr. affaire – iş] vicdansızlıq, insafsızlıq, fırıldaqçı iş, aldatma yolu ilə pul qazanmaq.

Ətraflı...
affirmasiya

Hesabların, sənədlərin təsdiq edilməsi.

Ətraflı...
akademik

1. Azərbaycan Respublikası Milli Elmlər Akademiyası və bəzi sahə akademiyalarının həqiqi üzvlərinin elmi adı. Akademiklər müvafiq akademiyaların ümumi yığıncağında gizli səsvermə yolu ilə seçilirlər;

2. Filosof-idealist;

3. Müvafiq akademiyaya seçilmiş alimin, rəssamın, heykəltəraşın və başqalarının fəxri adı;

4. Akademizm ənənələrinə riayət etmə.

Ətraflı...
akademik il

1. Ali məktəb müəssisələrində dərslərin başlanmasından qurtarmasınadək (payızdan o biri ilin yayına qədər) olan müddət (təqribən 8-10 ay); Akademik il terminindən bir sıra xarici ölkələrdə istifadə olunur. Azərbaycan Respublikasında bütün ali təhsil müəssisələrində işlədilən “tədris ili” termini akademik il termininə uyğundur.

Ətraflı...
akademik mübahisə

 Praktik əhəmiyyəti olmayan, sırf nəzəri mübahisə.

Ətraflı...
Cəm : 65
Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.