akademik saat

Məktəbdə dərs, yaxud mühazirə üçün müəyyən edilmiş vaxt – 45-50 dəqiqə.

Ətraflı...
akademiya

1. Eramızdan əvvəl (miladdan qabaq) IV əsrdə qədim yunan filosofu Platon tərəfindən Afina şəhəri yaxınlığındakı bağlarda əsası qoyulmuş fəlsəfi məktəbin ilk adı. Bu məktəb yunan mifik qəhrəmanı Akademin şərəfinə salınmış bağda təsis olunmuşdur. Qədim Yunanıstanda idealist fəlsəfəsinin mərkəzi;

2.Elmi-tədqiqat idarələri, cəmiyyət, tədris və incəsənət xarakteri daşıyan müxtəlif elmi müəssisələr. Məsələn, Azərbaycan Milli Elmlər Akademiyası.

Ətraflı...
akademizm

1. Elm və tədris məşğələlərində sırf nəzəri cəhətə həddindən artıq fikir verilməsi, onların praktikadan, həyatın tələblərindən ayrılması;

2. Təsviri incəsənətdə: müəyyən klassik nümunələrə riayət etmək üçün ənənəvi qanunlar qoyan və incəsənətdə realizmə qarşı mübarizə aparan cərəyan.

Ətraflı...
akklamasiya

Beynəlxalq təşkilatlarda və konfranslarda qərarların əsas vermədən qəbul edilməsi metodu. Akklamasiya qərarların alqışlarla, replikalarla və i.a. ilə bəyənilməsinə əsaslanır. İştirakçıların belə reaksiyası qərarların qəbulu əsasına xidmət edir.

Ətraflı...
akkomadasiya

Uyğunlaşma, uyğunlaşdırma.

Ətraflı...
akkumulyasiya

Yığılma, toplanma.

Ətraflı...
akmeizm

"Sənət sənət üçündür" prinsipinə əsaslanan yaradıcılıq cərəyanı.

Ətraflı...
aksent

[lat. accentus – vurğu]

1. Nitqin ayrı-ayrı fonetik və ya leksik ünsürlərini nəzərə çarpdırma, fərqləndirmə;

2. Başqa dildə danışarkən ana dilinin tələffüz xüsusiyyətlərinin təzahürü;

3. Bu və ya digər dialektin tələffüz xüsusiyyətlərinin məcmusu.

Ətraflı...
aksiom

[yun. axioma – qəbul edilmiş müddəa, axioo – layiq bilirəm]

1. Riyaziyyatda sübutsuz qəbul edilən fikir;

2. Ümumiyyətlə, məcazi mənada dəlillə, sübuta ehtiyacı olmayan həqiqət;

3. İsbatsız qəbul edilən düşüncə, fikir;

4. Müəyyən nəzəriyyənin deduktiv quruluşunda sübüt edilməyən, lakin həmin nəzəriyyənin digər təkliflərinin sübutunun çıxış nöqtəsi, əsası kimi qəbul olunan nəzəri təklif. Aksiom

Ətraflı...
aksiomatik üsul

Elmi nəzəriyyənin qurulma və tədqiqat üsulu. Əsasən, riyazi nəzəriyyələrə tətbiq olunur.

Ətraflı...
Cəm : 65
Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.