akt

[lat. actus – hərəkət, təsir, actum – sənəd]

1. Əməl, iş, hərəkət, hadisə;

2. Rəsmi sənəd, qeyd, protokol;

3. Hüquqi qüvvəyə malik olan, şahidlərin iştirakı ilə yazılmış, yaxud yoxlama nəticəsində müəyyən edilən bir faktın, bir hadisənin təsdiqi üçün tərtib edilmiş rəsmi sənəd, yazı, protokol və s. Məsələn, akt tərtib etmək, akta qol çəkmək, notarial aktı;

4. Müəyyən faktın qeydə alındığı protokol;

5. M

Ətraflı...
aktivasiya

Əvvəlcədən hazırlanmış prosedurun həyata keçirilməsi.

Ətraflı...
aktual

[lat. actualis – bacarıqlı]

1. Zamana görə vacib, yetişmiş, tələb olunan mövzu;

2. Hazırki zaman üçün ən vacib, ən mühüm, zəruri – yetişmiş, həllini tələb edən iş;

3. Nəyinsə verilmiş anda – indiki zamanda vacibliyi, mühümlüyü. Məsələn, aktual məsələ, aktual mövzu.

Ətraflı...
Ali Attestasiya Komissiyası (AAK)

 1. Azərbaycan Respublikasında alimlik elmi dərəcələrinin və elmi rütbələrin verilməsini həyata keçirən və təsdiq edən ali icra hakimiyyəti orqanı; AAK-nın başlıca vəzifəsi yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası sahəsində nəzarəti həyata keçirməkdən və elmi tədqiqatların aparılmasında vahid dövlət siyasətini yerinə yetirməkdən ibarətdir. AAK keçmiş SSRİ-də 1932-ci ildə yaradılmış, 1934-cü ildən fəaliyyətə b

Ətraflı...
ali təhsil

1.Elm, texnika və mədəniyyətin müasir nailiyyətlərindən yaradıcı şəkildə istifadə etməklə hazırlıq yönümlü nəzəri və əməli məsələlərin həllinə imkan verən sistemləşdirilmiş bılik və təcrübi vərdişlərin məcmusu. Ali təhsil termini ali təhsil müəssisələrində elm və mədəniyyətin müxtəlif sahələri üçün yüksək ixtisaslı kadrlar hazırlanması mənasında da işlədilir;

2. Ümumi təhsil və elmi-siyasi bilik verən ən yüksək təhsil.<

Ətraflı...
ali təhsil müəssisəsi (ali məktəb)

1. Ümumi təhsil və elmi-siyasi bilik verən ən yüksək təhsil müəssisəsi;

2. Xalq təsərrüfatının, elm və mədəniyyətin müxtəlif sahələri üçün yüksək ixtisaslı mütəxəssislər, elmi və pedaqoji kadrlar hazırlayan, ali və orta ixtisas məktəbləri müəllimlərinin, xalq təsərrüfatı mütəxəssislərinin ixtisasını təkmilləşdirən, nəzəri və tətbiqi xarakterli elmi iş aparılan təhsil müəssisəsi;

3. Azərbaycan Respublikası qa

Ətraflı...
Ali təhsil müəssisəsinin muxtariyyatı

Kadrların seçilmə-sində və yerləşdirilməsində, öz nizamnaməsinə uyğun olaraq elmi fəaliyyətin, tədris və maliyyə-təsərrüfat fəaliyyətinin həyata keçirilməsində ali təhsil müəssisəsinin qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş sərbəstliyi (müstəqilliyi).

Ətraflı...
alim

1. Hər hansı bir elm sahəsində mütəxəssis olan adam;

2. Elmli, dərin bilikli, məlumatlı, çox oxumuş, adil.

Ətraflı...
alimlik

1. Hər hansı bir elm sahəsində böyük bilik, dərin məlumat. Məsələn, onun alimliyinə şübhə yoxdur;

2. Alimin, elm adamının işi. Məsələn, alimlik dərəcəsi – filologiya elmləri doktoru alimlik dərəcəsi;

3. Alimə, elmə aid (məxsus), elmi;

4. Alimin peşəsi, sənəti. Məsələn, onun peşəsi alimlikdir.

Ətraflı...
alimnüma

 Alim olmadığı halda özünü alim kimi göstərən, özünü alimə oxşadan adam, alim qiyafəsinə girən adam – yalancı alim.

Ətraflı...
Cəm : 65
Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.