1. Hər hansı bir mücərrəd məfhumun, fikrin, ideyanın konkret bədii surətdə əyani ifadəsi (ədəbiyyatda, heykəltəraşlıqda, rəssamlıqda);
2. Mücərrəd məfhumların konkret obrazlarda ifadəsi;
3. Rəmz, kinayə, təşxis, məcaz.
[lat. Allgorithim – orta Asiya riyaziyyatçısı Əl-Xorezmin adının forması]
1. "Alqoritm" termini IX əsrdə yaşamış və "Hesabi traktat" əsərində onluq say sistemi ilə hesablama qaydalarını işləmiş Orta Asiya riyaziyyatçısı, məhşur özbək alimi Məhəmməd ibn-Musa əl Xorezminin latınlaşdırılmış (Algorithmi) adını ifadə edir;
2. Qəti müəyyən edilmiş qaydalar üzrə tətbiq olunan əməliyyatlar sistemi;
3. Alqoritm riyaziyyatın nisbətən sadə şəkildə
[fr. alternative, lat. alter – başqa, başqası, ikisindən biri, alternare – növbələşmək]
1. İqtisadi davranışın ən yaxşı üsulunu seçmək məqsədilə mümkün variantlardan başqa birisi ilə müqayisə edilə bilən bir variant;
2. İdarəetmədə müəyyən qərarı istisna edən digər qərara qarşı qoyulan variant.
Öz aralarında rəqabət aparan iki və ya daha çox namizədlər içərisindən hər hansı bir orqana vəzifəli şəxsin seçilməsi.
[fr. alliance – ittifaq]
1. Bir neçə təşkilatın, müəssisənin, şəxsin müqavilə əsasında yaradılan ittifaqı, birliyi;
2. İttifaq (adətən dövlətlər və təşkilatlar arasında), yaxud birləşmə.
[fr. ambition – düzgünlük sevən, öyünmək]
Kəskin heysiyyat, təkəbbürlülük, lovğalıq, təşəxxüs, iddia etmə.
1. Analizlərlə məşğul olan, analizləri tətbiq edən mütəxəssis;
2. Elmin müxtəlif sahələrinə aid, məsələn: həndəsə; dillər və s.;
3. Firmanın, bankın iqtisadi təhlil metodikasına yiyələnmiş və bu cür təhlil aparan mütəxəssis, işçi.
[yun. analysis – dağılma, düzmək, parçalanma, sökülmə və syntesis – birləşmə]
1. Təhlil;
2. Şərh;
3. Elmin müxtəlif sahələrində tətbiq edilən ümumelmi idrak metodları;
4. Tədqiq olunan şeyin hansı tərkib hissələrindən ibarət olduğunu, yaxud onun tərkibinə nə miqdarda bu və ya digər maddənin daxil olduğunu müəyyən etmək üçün tətbiq edilən əməliyyat; təhlil.