2003-cü il elektrik kәsintisi

Şimali Amerika tarixində ən böyük elektrik kəsilməsi 14 avqust 2003-cü ildə ABŞ-ın şimal-şərq vә Böyük Göl ərazilәrində, Kanadanın Ontario әyalәtində baş vermişdi. 2003-cü il elektrik kәsintisi baş ofisi Ohayo ştatının Akron şәhәrindә olan FirstEnergy korporasiyasının işlәtdiyi qurğularda başlamışdı.

Ətraflı...
A3

GSM standartlı mobil rabitə şəbəkəsində abonentin autentifikasiyası üçün kriptoqrafik alqoritm.

Ətraflı...
A5

GSM (Group Special Mobile) standartlı mobil rabitə şəbəkələrində mobil terminal ilə baza stansiyası arasında ötürülən trafikin mühafizəsi üçün istifadə edilən axın şifri üçün Avropa standartıdır. Kriptoqrafik açarın uzunluğu 64 bitdir. Kriptoqrafik məhsulların ixracına olan məhdudiyyətlərə görə A5/1 və A5/2 (zəiflədilmiş) kimi iki variantı mövcuddur.

Ətraflı...
A8

A5 axın şifri üçün seans açarının generasiyası alqoritmi. A3/A8-i reallaşdırmaq üçün COMP 128 heş-funksiyası istifadə edilir.

Ətraflı...
açarın məsafədən avtomatik dəyişdirilməsi

Qəbuledici terminalın operatoru tərəfindən xüsusi əməliyyatlar edilmədən məsafədəki kriptoqrafik avadanlıqda açarın elektron şəkildə dəyişdirilməsi proseduru.

Ətraflı...
ad günü hücumu

Heş-funksiyaların kriptoqrafik analizi metodu. Hücum öz adını "ad günü paradoksu"ndan almışdır; müəyyən qrupda iki və ya daha çox insanın ad gününün eyni günə düşməsi ehtimalını hesablamaqdan ibarətdir. Heş-funksiyanın üst-üstə düşən qiymətlərinin hesablanması üçün istifadə edilir.

Ətraflı...
aircrack-ng

802.11 standartlı simsiz lokal şəbəkələri üçün detektor, paket dinləyicisi, WEP və WPA/WPA2-PSK analiz alətlərindən ibarət olan şəbəkə proqram təminatı paketi.

Ətraflı...
akkreditasiya

Təhlükəsizlik tədbirlərinin müəyyən edilmiş çoxluğunun həyata keçirilməsinə əsaslanaraq informasiya sisteminin əməliyyatlarına icazə verilməsi və təşkilatın əməliyyatlarına (məqsədlər, funksiyalar, imic və ya nüfuz daxil olmaqla), təşkilatın aktivlərinə və ya əməkdaşlarına olan riskin qəbul edilməsi haqqında səlahiyyətli təşkilatın rəsmisi tərəfindən verilmiş rəsmi qərar.

Ətraflı...
aktiv

Təşkilat üçün dəyəri olan və buna görə də mühafizəsi tələb olunan hər hansı bir şeydir. İlkin aktivlər (biznes prosesləri və informasiya) və köməkçi aktivlər (texniki təminat, proqram təminatı, şəbəkə, personal və s.) fərqləndirilə bilər.

Ətraflı...
aktiv dinləmə

Telefon danışıqlarının verilənləri dəyişdirmək və ya daxil etmək məqsədilə dinlənilməsi.

Ətraflı...
Cəm : 82
Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.