("А ulduz" kimi tələffüz olunur). Həllər qrafında ən yaxşı yolun evristik axtarışı üçün alqoritm. Qrafın hər bir n təpəsi üçün F(n) = B(n) + E(n) şəklində qiymətləndirmə funksiyası tətbiq olunur (burada B(n) və E(n) uyğun olaraq başlanğıc və son nöqtədən məsafəni qiymətləndirmə funksiyasıdır). F(n) funksiy
bir ucu (A) yoğun, o biri ucu (B) küncləri dairəvi olan nisbətən böyük kvadrat şəklində olan USB kabeli. Bu kabelin A ucu, adətən, kompüterə və ya USB-qovşağına qoşulur. B
Ətraflı...
Çap vərəqinin standart ölçüsü: 210 x 297 mm (8¼ x 11¾ düym). ABŞ-da çap kağızı 8½ ´ 11 düym ölçüsündədir. ISO standartına görə ölçüsü
kompüterdə birinci əyilgən disk (floppy disk) qurğusunun identifikatoru. MS-DOS və bəzi başqa əməliyyat sistemlərində kompüterin ilkin yüklənməsi zamanı birinci olaraq bu disk qurğusunda diskin olub-olmaması yoxlanılır.
1. Cağdaş modemlərdə daxil olan zənglərin avtomatik cavablandırılması imkanı. Avtocavab rejiminin aktivləşdirilməsi xarici modemin panelindəki AA indikatorunun işıqlanması ilə müşayət olunur. Bax:modem.
2. O
“üç A prinsipi”. Erişim hüququnun verilməsi və ona nəzarət prosesini təsvir etmək üçün istifadə olunur.
- Authentication (tanıma) – şəxsin (sorğunun) təhlükəsizlik sistemindəki mövcud qeydiyyat yazısı ilə tutuşdurulması. Login, parol, sertifikat, smart-kart və s. vasitəsilə həyata keçirilir.
- Authorization (yetkiləndirmə, səlahiyyətin yoxlanması, erişim səviyyəsinin yoxl
süni intellektin populyarlaşdırılması, bu sahədə təhsil səviyyəsinin yüksəldilməsi, illik konfransların keçirilməsi, nəşr işi (AI Magazine jurnalı və başqa nəşrlər) və s. ilə məşğul olan qurum. 1979-cu ildə “American Association for
disklər üçün: başcığın verilmiş cığıra yerləşdirilməsi və oradan verilənlərin oxunması, yaxud yazılması üçün sərf olunan orta zaman. Millisaniyə ilə ölçülür.
Bax: access time.
ABŞ-da Afrikalı-Amerikalı toplumun böyük qisminin danışdığı dilin adı. İntertaktiv yazışmalarda istifadə olunan bu dil Ebonics kimi də adlandırılır. AAVE dili ilk dəfə XVI – XVII yüzildə meydana cıxıb. Afrikadan Amerikaya gətirilən qaradərili kölələr ilə ünsiyyət qurmaq üçün yaradılmış bu dil 1996-cı ildə təkrar populyar olmuşdur. <
ilk elektron hesablama maşını. XX yüzilin 40-cı illərinin başlanğıcında Ayova ştatının universitetində (ABŞ) professor Con Atanasov (John Atanasoff) və tələbə Klifford Berri (Clifford Berry) tərəfindən yaradılmış ABC kompüteri xətti cəbri tənliklər sisteminin həlli üçün nəzərdə tutulmuşdu. Uzun müddət, 1960-cı illərdə ilk elektron kompüterin yaranm