AMEA-da I Türkoloji Qurultayın 90 illiyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
Fev 25, 2016 | 02:00 /
Oxunub ( 194 )

Noyabrın 14-də saat 10:30-da AMEA Rəyasət Heyətində birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Tədbir AR Təhsil Nazirliyi, AMEA-nın Nəsimi adına Dilçilik, Nizami adına Ədəbiyyat və akademik Z.Bünyadov adına Şərqşünaslıq institutlarının birgə təşkilatçılığı ilə reallaşdırılacaq.

Konfransda Türkoloji Qurultay türk xalqlarının mədəni həyatında, inteqrasiyasında əlamətdar hadisə kimi, ortaq ünsiyyət dili yaradılmasında problemlər: dil, əlifba, ədəbiyyat, terminologiya, türk dillərinin tarixi, türk lüğətçiliyi, dialektologiyası və qrammatikası, türk xalqlarının ədəbiyyatı və folkloru, türk xalqlarının tarixi və etnoqrafiyası, türk xalqlarının incəsənəti mövzularına həsr olunan məruzələr dinləniləcək.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.