“Neftqazçıxarma terminlərinin izahlı lüğəti” çap olunub
Sen 21, 2017 | 05:30 /
Oxunub ( 235 )

AMEA-nın Geologiya və Geofizika İnstitutu tərəfindən “Neftqazçıxarma terminlərinin izahlı lüğəti” çap olunub.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qərarı ilə “Ərgünəş” nəşriyyatında çap olunan kitabın baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadə, müəllifləri isə AMEA-nın müxbir üzvü Arif Quliyev və texnika üzrə fəlsəfə doktorları - Ramiq Əfəndiyev və Məmməd Haşım Hacıyevdir.

Vəsait AMEA-nın həqiqi, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Midhət Abasovun xatirəsinə ithaf edilib.

Kitabda neft-qaz geologiyası və geofizikası, yataqların axtarışı, kəşfiyyatı və işlənməsi, quyuların qazılması və istismarı, neft və qazın nəqli və saxlanılmasına aid 11 minə yaxın termin toplanılıb. Nəşrdə, həmçinin neftqazçıxarmanın iqtisadiyyatı, iqtisadi-riyazi modelləşdirmə, o cümlədən elm və texnologiyanın bir sıra sahələri ilə bağlı ən çox istifadə edilən terminlər də izah olunur. Azərbaycan, ingilis və rus dillərində yazılmış terminlərin izahı doğma dilimizdə verilir.

Kitab neft-qaz sənayesi mütəxəssisləri, elmi işçilər, müəllim, tələbə və texniki ədəbiyyat tərcüməçiləri üçün nəzərdə tutulub.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.