DILÇİLİK TERMİNLƏRİ LÜĞƏTİ
May 30, 2018 | 12:05 /
Oxunub ( 111 )

Lüğəti Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları – pro­fessor Sayalı Sa­dıqova, filologiya üzrə fəlsəfə doktorları Natəvan Hüseynova, İradə Ab­dul­la­yeva, Svetlana Novruzova, Şəbnəm Hə­sənli-Qə­ribovanın tərtibatçılığı ilə “İzahlı Dilçilik Terminləri Lüğəti” nəşr olunmuşdur. Lüğətin baş redaktoru akademik İsa Həbibbəyli və Möhsün Nağısoylu, elmi redaktoru isə professor Sayalı Sadıqovadır. Rəyçilər akademik Nizami Cəfərov və professor Qəzənfər Kazımovdur.

 

Dilçilikdə işlədilən terminlərin məcmusu, yəni dilçiliyə dair an­layışlar sistemi dilçilik terminologiyasını təşkil edir. Hər bir elmin in­kişaf səviyyəsi onun terminologiyasında əks olunur. Dilçilik termin­­ləri də dilin inkişafı ilə bağ­lı təşəkkül tapmışdır. Xüsusilə, XX əs­rin son onilliyində Azərbaycan dilçiliyində dil nəzəriyyəsi, riyazi dil­çilik, koq­nitiv dilçilik kimi ayrı-ayrı sahələrin formalaşması onun ter­mi­nolo­gi­ya­sı­nın zənginləşməsinə, inkişaf etməsinə təkan verdi. Eləcə də son dövr­lərdə Azərbaycan dilinin, dilçilik elminin inkişafı ilə bağlı bir çox sərəncamlar və fərmanlar verilmişdir. Xü­susən, 29 may 2012-ci ildə “Qloballaşma şəraitində zamanın tələb­lə­rinə uy­ğun Azərbaycan dilinin və dilçiliyinin inkişafı haqqında” sərəncam dilçilik elmi­nin inkişafını sürətləndirmişdir. Hazırda informasiya cə­miyyəti şə­raitində linqvistik terminologiyanın ənənəvi sərhədləri də­yiş­miş, onun təd­qiqat ob­yek­ti­nin hüdudları xeyli genişlənmişdir. Ter­minoloji sistem eks­tra­linqvistik təsirlərə indi daha çox məruz qalır. Bu baxımdan dilçiliyin istiqa­mət­ləri yeni sahə terminologiyalarının yaranmasını şərt­ləndirmişdir.   

Müasir dilçilik-çox­əsrlik tarixi olan dil haqqında el­min inkişaf etmiş, təkmilləşmiş, forma­laş­mış və ümumiləşdirilmiş ye­kun nəticə­si­dir. Dil haqqında elmin təşəkkül döv­rü çox qədimlərə ge­dib çıxır. Era­mız­dan 1500 il əvvəl yaranmış dini-fəl­səfi kitabələr qə­dim Hind dilçi­li­yinin tədqiqat obyekti olmuşdur. Sonralar Ro­ma və Yu­nan dilçiliyi sürətlə inkişaf etməyə başlamış, Heraklitin, De­mok­ritin, Aristotelin, Platonun dilçilik görüşləri formalaşmışdır. Dil haq­qında elmin yaran­dı­ğı ilk günlərdən onun özünəməxsus terminoloji sistemi də təşəkkül tap­mış, müəyyən təkamül dövrü keçirərək forma­laş­mış və sa­bit­ləş­miş­dir. Ayrı-ayrı elm sahələrində olduğu kimi dil­çi­likdə də ter­min­lərin toplanması, təkmilləşdirilməsi, unifikasiyası mə­sələlərinin həlli ən zə­ruri məsələlərdəndir. Bu məqsədlə dilçiliklə bağ­lı bir sıra terminoloji lüğətlər nəşr olunmuşdur. Belə ki, 1939-cu ildə D.Quliyevin tərtib et­di­yi “Rusca-azərbaycanca dil və qrammatika terminləri lüğəti” SSRİ EA Azərbaycan filialının Ensiklopediya və Lü­­ğətlər İnstitutu tərə­fin­dən nəşr edilmişdir. Həmin lüğət orta məktəb proq­ramını əhatə edir. 1954-cü ildə Azər­baycan SSR Elmlər Aka­demiyası Nəşriyyatı tərə­fin­dən layihə şəklində çap olunmuş dilçilik terminləri yenidən işlənmiş və təkmilləşdirilmişdir. Dilçilik terminləri həmin dövrdə Azərbaycan SSR EA Rəyasət Heyəti yanında Ter­mi­no­lo­giya Komitəsində müza­kirə və təsdiq olunmuşdur. 1957-ci ildə Azər­­­baycan SSR Elmlər Akademiyası nəşriyyatı həmin lüğəti R.Ə.Rüs­təmov, M.Ş.Şi­rəliyev və C.H.Əfəndiyevin redaktorluğu ilə nəşr etmişdir. Göstərilən “Dilçilik terminləri lüğəti”ni ilk rəsmi, müzakirə və təsdiq olunmuş lüğət hesab etmək olar.

1960-cı ildə Azərbaycan Tədris Pedaqoji Nəşriyyatı tərəfindən nəşr edilmiş “Müxtəsər dilçilik lüğəti” də bu sahədə atılmış uğurlu addımlardan hesab oluna bilər. Lakin bütün bu lüğətlər dilçiliyin in­kişaf dövrlərini əks etdirmir və məhdud terminləri əhatə edir.

1969-cu ildə Ə.Fərəcov tərəfindən çap edilmiş dilçilik lüğətində orta  məktəblərdə işlənən dilçilik terminləri, onların əsas əlamət və xü­su­siy­yətləri göstərilməklə izah edilir. Həmin lüğət orta məktəb şa­girdləri, dil-ədəbiyyat müəllimləri, habelə filologiya fakültəsinin tələ­bələri üçün nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki,  Ə.Fə­­­rə­co­vun “İzahlı dilçilik lü­ğəti”ndə dilçiliyə aid son illərdə yaranmış ter­minlər əhatə edilməmişdir.

1989-cu ildə “İzahlı dilçilik terminləri” lüğəti çapdan çıxmışdır (müəlliflər - M.İ.Adilov, Z.N.Verdiyeva, F.M.Ağayeva). İndiyə qədər Azər­baycanda çap olunmuş dilçilik terminləri lüğətlərinin ən mükəm­məli olan bu lüğətdə ali və orta məktəb dərsliklərində, dərs vəsait­lə­rində işlənən sabitləşmiş terminlər əhatə olunmuşdur. Arxaikləşmiş, dublet terminlər lüğətin sonuna əlavə edilmişdir.

Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən  Eks­pe­rimental fonetika və tətbiqi dilçilik laboratoriyasında hazırlanan  “Dilçilik ensik­lo­pe­diyası”nda hər bir termin rus dilində əlifba sırası ilə düzülmüş, onun alman, ingilis, fransız dillərində qarşılığı verilmiş, in­gilis dilində sözün tələffüzü ilə yazılış forması arasındakı böyük fər­q nəzərə alınaraq terminlərin bu dildə transkripsiyası, sonra isə termin­lərin Azərbay­can dilində  izahı yer almışdır. Sözlərin semantik məna­ları­nın  açılması və şərhi zamanı imkan daxilində Azərbaycan dilçili­yin­dəki mənbələrdən istifadə edilmiş, bəzən də şərh olunan məsələ ilə bağlı başqa dillərdən də misal­lar veril­miş­dir. İstisnasız olaraq bütün baş sözlərin açılışından sonra konkret elmi-nəzəri mənbə göstərilir. Əksər hallarda mənbələrin dəqiq bib­lio­qrafik  göstəriciləri  verilir.

Lakin müasir dövrdə elmlərin inteqrasiyası prosesinin güc­lən­məsi müx­təlif elm sahələrində, o cümlədən də dilçilikdə yeni elmi isti­qa­mətlərin sürətlə inkişaf etməsi üçün əsaslı zəmin yaratmışdır. Dil­çi­lik­də yeni istiqamət və sahələrə münasibət, şübhəsiz ki, aparılan tədqiqat işlərindən asılı olaraq formalaşır. Son dövrlərdə mətn dil­çili­yi, nəzəri dilçilik, kompüter dilçiliyi, koqnitiv dilçilik, psixolinqvistika və para­linq­vistikaya dair araşdırmalar gedir. Qeyd edək ki, dilçilikdə bu isti­qamətlərdə yeni sahələr yaranmışdır. Diqqəti cəlb edən başqa bir cəhət xarici dilçiliyin fundamental tədqiqat işlə­ri­nin Azərbaycan dilinə tər­cüməsi ilə bağlıdır. Belə tərcümələr də Azər­baycan dilində dilçilik ter­minlərinin yaranmasına təsir gös­tə­rir. Dil­çiliyin bir elm ki­mi müxtəlif istiqamətlərdə inkişafı, başqa elm sa­hələri ilə inteqra­siyası mövcud ter­minoloji sistemdə əsaslı dəyiş­mə­lərə səbəb olmuşdur. Azər­bay­can­da nəşr olunmuş dilçilik terminləri lü­ğətlərində bu ter­min­lər əhatə olun­ma­mışdır. Ona görə də müxtəlif təd­qi­qat işlərində, yeni yazılan dərs­liklərdə terminlərin işlənməsi bə­zən elmi mübahisə ob­yek­tinə çevrilir. Çox vaxt tədqiqatlarda termin an­­laşılmazlığının olması ilə bağlı iradlar səslənir. Dil­çi­lik elminin müasir inkişaf səviyyəsi, yeni-yeni istiqa­mət­lərin təşəkkülü, elm­lərin inteqrasiyası və diferensi­ya­sının nəticəsi ola­raq dilçiliyin həm­hüdud sahələrinin inkişafı yeni terminlərin yaran­ma­sına səbəb olur. Hazırda bu proses da­vam etmək­də­dir. Bu terminlərin ifadə olunmasında dilin daxili im­kan­ları əsasın­da termin yaradıcılığı ilə paralel terminalma da sürətli forma almışdır. Müasir dövrdə termi­no­logiyada gedən prosesləri sə­ciy­yə­lən­dirən əsas cə­hətlərdən biri bey­nəlmiləl terminlərin sayının sü­rətlə art­ma­sıdır. Dil­çilik el­minin sürətli inkişafı, yeni dilçilik sahə­ləri­nin ya­ran­­ması bu sahədə yaranan termin­lərin toplanmasını, on­ların sis­temləş­di­ril­məsini və izahlı dilçilik ter­minləri lüğətinin tərtibini zəruri edir. Hazırda dil­çiliyin müxtəlif sahə­lə­ri ilə bağlı aparılan təd­qi­qatlar da lüğətin tərtibi üçün zəmin hazır­la­mışdır. Azərbaycan dilinin dilçilik ter­mi­nolo­gi­ya­sının ni­za­ma salın­ma­sına kəskin ehtiyac du­yu­lur. Bu nəzərə alına­raq tərtib olunan lüğət­də el­mi monoqrafiyalarda, tədris işində tez-tez rast gəli­nən 8500 termi­nin definitiv tərifinə, şər­hi­nə geniş yer verilmişdir. “İzah­lı dilçilik termin­ləri lüğəti”ndə əksər ter­min­lərin Azərbaycan dilində izahını vermək (məsə­lən, heca vurğusu – sözdəki hecalardan birinin digərinə nisbətən qüvvətli tələffüz edilməsinə heca vurğusu deyilir. Sözün tərkibindəki he­calardan biri­nin qüvvətli şəkildə və ya səs tonunu dəyişməklə tələf­füz edilərək başqa­la­rından fərqləndiril­məsi. Heca vurğusunun düz, qal­xan, enən, enən-qalxan, qal­xan-enən növləri vardır. Sözdə vurğu­nun ye­­ri çox müxtəlifdir. Belə ki, vurğu bütün dillərdə həmişə sözün bir he­­cası üzərinə düşmür, həm sözün əv­vəlində, həm ortasında, həm də so­nunda ola bilir. Bu cəhətinə görə heca vurğusu iki yerə bölünür: 1. sər­­­bəst vurğu; 2. sabit vurğu) və dilçiliyimizdə müəyyən tarixə ma­lik, qəbul edilmiş və işləklik qazanan terminlərin saxla­nıl­ma­sı (mə­sə­lən, sait, samit, feil, isim və s.) prinsipi əsas götürülmüşdür. Bun­dan baş­qa bir çox dünya dil­lərində işlənən və Azərbaycan dilində qarşı­lı­ğı­nı tam şə­kildə yaratmaq müm­kün olmayan (adstrat, adverbial, se­man­tika) ter­min­lər ol­duğu kimi sax­lanılmışdır. “İzahlı dilçilik ter­min­ləri” lüğətinin tərtibi prosesində aşağıdakı isti­qa­mətlər aparıcıdır: - dilin öz daxili im­kanları hesabına yaranan termin­lər; - rus dilindən, rus dili vasitəsi ilə baş­qa dillərdən bir­başa alınmış terminlər; - ingilis dilindən birbaşa alı­nan ter­­minlər; - qohum türk dillərindən alınan terminlər.

Lüğətin sözlüyünün hazırlanması zamanı aşağıdakı meyar və prin­siplər gözlənilmişdir:

  • Lüğətdə baş sözlər əlifba sırası ilə iri və qara şriftlə verilir.
  • Lüğətin sözlüyünə daxil edilən dilçilik termin­lərinin ge­niş, daha dolğun izahı verilir.
  • Sözlükdə əsas lüğət məqaləsindən sonra söz birləşməsi və baş sözlər də öz əksini tapmışdır. Ehtiyac olduqca “bax” mə­qalələri də verilmişdir.
  • Əsas maddədə mövzu ilə əlaqədar terminlər yenə də daxili əlifba sırası ilə qruplaşdırılmışdır.
  • Lüğətdə terminlərin orfo­qra­fiyası müasir ədəbi dilimizin or­fo­qrafiya normalarına uyğun verilmişdir.

Göstərilən prinsiplər əsasında tərtib edilmiş lüğətdə elmi-tədqi­qat və tədris prosesində tez-tez rast gəlinən terminlərin şərhinə geniş yer verilmişdir. Bə­zi tədqiqatçılar öz əsərlərində əsaslandırıl­mamış ter­min­lərdən istifadə edir­lər. Belə fərdi terminlər lüğətə daxil edil­mə­mişdir. Lüğətə dilçilikdə vahid formada qəbul edilmiş və eyni mə­nada işlənən terminlər daxil olmuşdur. Lakin bu terminlərin izahında bir-birindən fərqli fikirlər də mövcuddur. Belə terminlərin izahında, bir sıra mü­ba­hisəli məsələlərin həllində son tədqi­qat­lar əsas götürül­müş­dür.

            Lüğət 912 səhifədən ibarətdir.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.