Əməkdaşlarımız beynəlxalq konfransda iştirak ediblər
May 30, 2018 | 02:00 /
Oxunub ( 21 )

    Azərbaycan  Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə 21-23 may 2018-ci il tarixində Bakı Dövlət Universitetində təşkil olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti – 100: Müsəlman Şərqində İlk Parlamentli Respublika” adlı beynəlxalq elmi konfransda institutumuzun əməkdaşları  - Terminologiya şöbəsinin müdiri, filologiya elmlər doktoru, professor Sayalı Sadıqova  “Azərbaycan Xalq Cümhuriyyətində dil situasiyası”  və  aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Ana Hümmətli  “Azərbaycan Cümhuriyyəti, əlifba məsələsi və “Son türk əlifbası” ” mövzularında məruzə etmiş, sertifikatla təltif olunmuşlar. Azərbaycan Kütləvi informasiya vasitələri işçiləri, Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə yaradıcılıq fəaliyyətində göstərdiyi xidmətlərinə görə filologiya elmlər doktoru, professor Sayalı Sadıqova  “Qızıl Qələm”  Media mükafatı laureatı diplomu  ilə də təltif olunmuşdur.

 

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.