Azərbaycanca: Ali Attestasiya Komissiyası (AAK)
İzahı:

 1. Azərbaycan Respublikasında alimlik elmi dərəcələrinin və elmi rütbələrin verilməsini həyata keçirən və təsdiq edən ali icra hakimiyyəti orqanı; AAK-nın başlıca vəzifəsi yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası sahəsində nəzarəti həyata keçirməkdən və elmi tədqiqatların aparılmasında vahid dövlət siyasətini yerinə yetirməkdən ibarətdir. AAK keçmiş SSRİ-də 1932-ci ildə yaradılmış, 1934-cü ildən fəaliyyətə başlamışdır. Azərbaycanda isə 1991-ci ildə yaradılmışdır.


Mənbə:

R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. “Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər”. Бakı, “İnformasiya Texnologiyaları”, 2009, 201 s.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.