Azərbaycanca: desibel (dB)
İzahı:

İntensivliyin nisbi dəyişməsinin loqarifmik miqyasda ölçü vahididir. Desibel Bel-in onda biridir (1 dB=0.1 Bel). İntensivliyi desibeldə IdB= 10 lg(I1/I0) düsturu ilə hesablamaq olar, burada I1 – intensivliyin ölçülmüş qiyməti, I0 – intensivliyin bazis kimi götürülmüş qiymətidir.

Русский: децибел
English: decibel

Mənbə:

Y.N. İmamverdiyev, L.V. Suxostat. “Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti”. Bakı,  “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2015, 112 səh.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.