Azərbaycanca: kabel
İzahı:

qoruyucu borucuğa salınmış naqillər dəstəsi; periferiya (çevrəsəl) qurğuları (məsələn, siçan, klaviatura, printer) kompüterlə birləşdirmək üçün istifadə olunur. Kompüter kabelləri müxtəlif ölçülü olur və sistemin bu və ya digər komponentinə çoxlu sayda dəyirmi (girdə) və ya uzadılmış formalı bağlayıcılar (konnektorlar) vasitəsilə qoşulurlar. Bu bağlayıcılarda olan millər və deşiklər müəyyən siqnallara uyğun olur və konkret tip qurğuları bir-biri ilə birləşdirirlər.

Русский: кабель
English: cable
Türkçe: kablo

Mənbə:

İsmayıl Calallı. “İnformasiya terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, Bakı 2017, səh. 996.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.