Azərbaycanca: keş
İzahı:

yaddaşın xüsusi altsistemi. Keş yaddaşında tez-tez istifadə olunan verilənlərin qiymətləri saxlanılır ki, bunun da nəticəsində onlara erişmək çox sürətlə baş verir. Keş’də operativ yaddaşın tez-tez müraciət olunan verilənlərin elementləri və onların ünvanları təkrarlanır. Prosessor yaddaşın hər hansı bir ünvanına müraciət edirsə və ünvan keş’də yerləşirsə, verilənlər dərhal prosessora daxil olur; əks halda, yaddaşa adi qaydada erişilir. Keş o zaman əlverişli olur ki, operativ yaddaşa müraciət mikroprosessorun işləmə sürətindən yavaş yerinə yetirilir, çünki keş yaddaşı həmişə əsas operativ yaddaşdan sürətli olur. bax: disk cache, wait state.

Русский: кэш
English: cache
Türkçe: önbellek

Mənbə:

İsmayıl Calallı. “İnformasiya terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, Bakı 2017, səh. 996.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.