Azərbaycanca: kompüter-dəstəkli təlim
İzahı:

hesablama texnikasından istifadəni nəzərdə tutan təlim metodikası. CAI proqramlarına dərsliklər, çalışmalar məcmuəsi daxil olur, həmin proqramlar bəzi mövzuları aydınlaşdırmağa və onların necə mənimsənilməsini yoxlamağa imkan verən suallar və cavablar seansını təşkil edirlər. Mövcud CAI sistemləri müxtəlif çətinlik səviyyəsinə malik olan geniş sahələri əhatə edir: elementar və ali riyaziyyatı, təbii elmləri, tarixi, hesablama texnikasını və s. Sin: computer-assisted teaching; tut: cbt, cmi; bax: i-case.

Русский: машинное обучение
English: CAI (computer-aided instruction, computer-assisted instruction)
Türkçe: bilgisayar destekli öğretim

Mənbə:

İsmayıl Calallı. “İnformasiya terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, Bakı 2017, səh. 996.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.