Verilənlərin emalı sisteminin vəziyyətinə bilərəkdən hər hansı icazəsiz dəyişiklik etmək təhlükəsi.
Sənaye dairələrinin maliyyələşdirdiyi bu təşkilat 1918-ci ildə ABŞ-da yaradılmışdır, məqsədi milli sənaye standartlarının yaradılması və onların ISO standartları ilə uzlaşdırılmasıdır.
Analitik metodlardan istifadə etməklə açarı tapmaq və ya kodu sındırmaq cəhdi.
Məqsədyönlü maneələr yaradılması cəhdlərinə baxmayaraq, ötürülən informasiyanın qəbul edilməsini təmin edən tədbirlər.
Filtrasiya və bloklamanın xüsusi halı. Bu mexanizm əsasən interfeyslərdə və məntiqi baxımdan mümkün olmayan istiqamətlərdə meydana çıxan paketləri bloklamaqla saxta və ya saxtalaşdırılmış IP ünvanların fəaliyyətinin qarşısını alır.
Zərərli proqramları aşkarlamaq və mümkün olduqca lazımi tədbirlər görmək üçün nəzərdə tutulan proqram təminatı.
Nisbətən az mәlumat verən informasiyanın toplanması və korrelyasiyası yolu ilə mühüm informasiyanın əldə edilməsi.
Təhlükəsizlik mexanizmlərini aldatmaq üçün istifadə edilən avtorizə olunmamış gizli proqram və ya aparat təminatı.
Təhlükəsizlik və ya hər hansı başqa məqsədlərlə sonradan araşdırmaq və ya yoxlamaq üçün saxlanılan fayl.
Şifrləmə və deşifrləmə, rəqəmsal imzanın yaradılması və yoxlanılması kimi əməliyyatları yerinə yetirmək üçün istifadə edilən əlaqəli iki açar (açıq açar və gizli açar).