arxa panel

kompüter korpusunun arxa tərəfində yerləşən panel; oradan xarici qida mənbələri və periferiya qurğuları qoşulur.

Ətraflı...
Arxa qapı

proqrama, yaxud kompüter sisteminə girmək üçün alternativ (gizli) yol. Adətən, həmin yolu yalnız proqramı yazan proqramçı bilir. Sin: trap door;

Bax: cracker, logic bomb, undocumented features.

Ətraflı...
Arxa uc

kompüter sisteminin istifadəçi ilə birbaşa qarşılıqlı əlaqədə olmayan hissəsi. Məsələn, meynfreym kompüterində işləyən verilənlər bazası sistemi kompüter sisteminin arxa ucudur, ancaq verilənlər bazasına müraciət edən kompüterlər bu sistemin ön ucudur (front end). Bax: mainframe computer, three-tier architecture.

Ətraflı...
avtomatlaşdırılmış mühəndislik

kompüter vasitəsilə yaradılmış layihələrin texniki sınağını və analitik araşdırılmasını aparmağa imkan verən proqram. Adətən, CAE proqramları ilə bağlı olan imkanlar (məsələn, məntiqi testləmə) bəzən CAD proqramlarının da tərkibində olur, buna görə də CAD və CAE arasındakı fərqləri tam aydın ifadə olunmuş hesab etmək olmaz. bax: cad, i-case.

Ətraflı...
Backspace klavişi

klaviaturada kursoru bir simvol sola hərəkət etdirən və bu zaman həmin simvolu silən klaviş. 

Ətraflı...
birbaşa erişimli yaddasaxlama qurğusu

verilənlərin saxlandığı sahələrə istənilən ardıcıllıqla müraciət etməyə imkan verən yaddasaxlama qurğusu; bundan fərqli olaraq, ardıcıl erişimli qurğularda yaddaş sahələri başlanğıcından başlayaraq ardıcıl olaraq nəzərdən keçirilir. Birbaşa erişimli qurğuya misal olaraq diski, ardıcıl erişimli qurğuya misal olar isə lenti göstərmək olar. Tut: sequential access; Bax: direct acces

Ətraflı...
bəlirtmə cizgisi

nəşr işlərində: illüstrasiyanın və ya texniki rəsmin özəlliyi haqqında informasiya vermək üçün onun müəyyən hissəsi ilə xətt, ox, yaxud bənzər qrafik elementlə birləşdirilmiş qısa mətn sətri.

Ətraflı...
çağırmaq

proqramda idarəetmənin kodun müəyyən bir bölməsinə (çox zaman hər hansı altproqrama) verilməsi; bu zaman çağırılmış bölmənin işi başa çatdıqdan sonra əsas proqramın işinin çağırılma nöqtəsindən davam etdirilməsi üçün bütün informasiyalar yadda saxlanılır. Bəzi dillərdə (FORTRAN kimi) CALL deyimi nəzərdə tutulub; digər dil

Ətraflı...
Çötkə, abak

qədim yunanlarda və romalılarda zolaqlara ayrılmış lövhə şəklində hesablama aləti. Hesablama zamanı kiçik daşlar, yaxud çubuqlar ədədlərin mərtəbələrini bildirən zolaqlar boyunca hərəkət etdirilirdi. 

Ətraflı...
Cəm : 58
Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.