mütləq ünvan

1. proqramlaşdırmada: yaddaşın oyuğuna hər hansı ifadə vasitəsi ilə deyil, onun birbaşa (ədədi) ünvanını göstərməklə müraciət üsulu; məsələn, “Azadlıq küçəsindəki beşinci ev” əvəzinə “Azadlıq küçəsi, ev 5”. Bax: machine address, physical address; Tut: relative address. Ətraflı...

OBO – “yaxud ən yaxşı təklif”

Çox zaman İnternetdə satılan malların reklamında istifadə olunur. 

OBOE bax

Ətraflı...
obyekt

1. Obyekt (maşın) kodunun qısaldılmış adı. Bax: object code.

2. Obyekt-yönlü proqramlaşdırmanın əsas anlayışlarından biri. Varislik, inkapsulyasiya və polimorfizm xassələrinə malik mürəkkəb verilənlər strukturu. Verilənləri

Ətraflı...
OEM simvollar yığını

MS-DOS əməliyyat sistemində istifadə olunan göstərilə bilən simvolların yığını; kodları 32-dən 127-dək olan simvollar OEM-də, ASCII-də və Windows-da, adətən, üst-üstə düşür. Bax: ascii character set.

Ətraflı...
Onurğa

genişmiqyaslı şəbəkədə (wan) baş kommunikasiya yolu; trafikin əsas hissəsini daşıyan kabellər, yaxud bağlantılar yığını. Verilənlər üçün başqa yollar onurğadan haçalanır. Bax: wide area network.

Ətraflı...
qızçiçəyi çarxı

ləçəkli printerlərdə istifadə olunan çarxşəkilli çap elementi; liter formalarından ibarətdir və onların hər biri mərkəzi topa bərkidilmiş qolda yerləşirlər; bütün konstruksiya ləçəkli qızçiçəyinə oxşayır. Hər hansı simvolu ça

Ətraflı...
səkmə klavişi, tabulyasiya klavişi –

klaviaturada: üzərində iki ox şəkli (bir sola, obiri sağa yönəli), yaxud, sadəcə, Tab qeyd olunmuş klaviş. Bu klavişdən ənənəvi olaraq (məsələn, mətn prosessorunda) sənədə tabulyasiya simvolları daxil etmək üçün

Ətraflı...
tire

defisə bənzəyən, ancaq ondan uzun olan punktuasiya işarəsi (–). Yazı makinalarında tire iki defis kimi çap olunur. Xarici (əsasən, ingilis-amerikan) mətbəə işində müxtəlif ölçülü tirelərdən istifadə olunur. Bax: em dash, en dash; Tut: hyphen.

Ətraflı...
təqvim

Bax: julian calendar, julian date, gregorian calendar, leap year.

Ətraflı...
tərs dırnaq

simvolu. ASCII kodu 96-dır. Adi tək dırnaqdan (') fərqlidir. Sin: grave accent.

Ətraflı...
Cəm : 68
Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.