Azərbaycanca: mütləq koordinatlar
İzahı:
müstəvidə və ya fəzada: koordinat başlanğıcından (koordinat oxlarının kəsişmə nöqtəsindən) hər hansı nöqtəyə qədər məsafəni xarakterizə edən koordinatlar (nöqtələr). Mütləq koordinatlardan kompüter qrafikasında diaqramların qurulması zamanı qrafikdə, yaxud ekran şəbəkəsində (məsələn, diaqramda x və y oxlarına nəzərən, yaxud üçölçülü qrafik obyekti ekranda yerləşdirmək üçün x, y və z oxlarına nəzərən) nöqtələrin yerini tanıtmaq (identifikasiya etmək) üçün istifadə olunur. Tut: relative coordinates; Bax: coordinate.
Русский: абсолютные координаты
English: absolute coordinates
Türkçe: mutlak koordinatlar
Mənbə:
İsmayıl Calallı. “İnformasiya terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, Bakı 2017, səh. 996.