Azərbaycanca: kalkulyator
İzahı:

ədədlər üzərində hesab əməlləri aparan qurğu. Latın dilindəki “calculus” (“kiçik daş”) sözündən götürülüb (qədim hesablama aləti olan abakda kiçik daşlardan istifadə olunurdu). İlk elektron əl kalkulyatoru 1967-ci ildə Texas Instruments şirkəti tərəfindən buraxılıb. Bəzi kalkulyatorları müəyyən funksiyaları yerinə yetirməyə proqramlaşdırmaq olur (programmable calculator), qiymətləri yaddaşda saxlaya bilir, lakin onlar bir çox cəhətdən kompüterlərdən fərqlənir: kalkulyatorlar məhdud sayda komandalar yığını ilə işləyir, onlar mətnlə işləmir, verilənlər faylından və tətbiqi proqramların informasiyalarından istifadə edə bilmir. Elmi hesablamalar aparmaq üçün də xüsusi kalkulyatorlar (scientific calculator) vardır.

Русский: калькулятор
English: calculator
Türkçe: hesap makinesi

Mənbə:

İsmayıl Calallı. “İnformasiya terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, Bakı 2017, səh. 996.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.