Azərbaycanca: elektron kitab, e-kitab
İzahı:
1. Kağızda deyil, elektron formada (onlayn, yaxud CD-ROM və ya ona bənzər elektron daşıyıcıda) yayılan kitab. E-kitab müxtəlif növ kompüterlərdə: masaüstü, noutbuk, cib və s. kompüterlərdə xüsusi proqram təminatı (məsələn, Microsoft Reader) vasitəsilə oxunur. Elektron kitab uyğun düymələri basmaqla vərəqlənir. Bax: epub, pdf.
2. Kitab mətnlərini oxumaq üçün xüsusi təyinatlı əl kompüteri.
Русский: электронная книга, э-книга
English: ebook (= e-book)
Türkçe: elektronik kitap, e-kitap
Mənbə:
İsmayıl Calallı. “İnformasiya terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, Bakı 2017, səh. 996.