mavi yeləklər

Bluetooth texnologiyasından istifadə edərәk əlaqə saxlayan şəxslərə verilən addır. “Bluejacking” o zaman baş verir ki, bәdniyyәtli Bluetooth simsiz şəbəkəsindәn istifadə edərək başqa bir şəxsin mobil telefonuna anonim mesaj göndərir. Haker cəmiyyətində çoxları onları “şən zarafatcıllar” kimi qəbul edirlər – onları Ağ şlyapaların və Qara şlyapaların arasındakı boz zonada yerlәşdirirlәr.

Ətraflı...
Qabaqcıl davamlı təhlükə

Xüsusi hədəfə yönəlmiş gizli və fasiləsiz kompüter hakinqi prosesləri çoxluğu.

Ətraflı...
Qabaqcıl şifrləmə standartı

Elektron məlumatları qorumaq üçün istifadə edilən, ABŞ hökuməti tərəfindən bəyənilmiş şifrləmə alqoritmini müəyyən edir (2000-ci ildən qüvvədədir). AES alqoritmi informasiyanın şifrlənməsi və deşifrlənməsi üçün simmetrik blok şifridir. 

Ətraflı...
Qara Şlyapa Brifinqləri

Qəqəmsal özünümüdafiə ilə əlaqəli mövzular haqqında biliklərini bölüşmək üçün hüquq, texnologiya və akademiya ekspertləri Qara şlyapa brifinqləri konfransı üçün hər il Las Veqasda, Avropada və Asiyada toplaşırlar. Konfransın təşkilatçısı və prezidenti Jeff Mossdur (The Dark Tanget kimi də tanınır). Daha ətraflı məlumatı http:/www.blackhat.com saytında tapmaq olar. 

Ətraflı...
Qara Şlyapalar

Haker cәmiyyәtinin zərərli və ya kriminal təbəqəsi. Qara şlyapaların arsenalına dağıdıcı kompüter eksploytları daxildir, onlar krakerlərin qisas, sabotaj, şantaj və ya tamahkarlıq motivasiyaları səbəbindən baş verir. Kiber-təbiətli olmayan cinayətlərdə olduğu kimi, Qara şlyapaların eksploytları da mülkiyyətə və ya adamlara zərər vurmaqla nəticələnә bilәr. Yeraltı kompüter dünyasında Qara şlyapaların müxtəlif tipləri mövcuddur, “krekerlәr” daha geniş y

Ətraflı...
qarışıq hücum

Yayılmaq üçün bir çox metoddan istifadə edən zərərli proqram kodu. Məşhur Nimda soxulcanı qarışıq hücumun bir nümunəsidir.

Ətraflı...
reklam proqramları

İstifadәçilәrin baxdıqları veb-saytlarda üzә çıxan reklamlar verәn proqram tәminatı. Onlar istifadәçilәrin brauzer vәrdişlәrini dә izlәyә bilәrlәr vә adәtәn, istifadәçilәrin icazəsi olmadan quraşdırılır.

Ətraflı...
verilənlərin əlyetərliyi

Verilənlərin istifadəçiyə lazım olan şəkildə; lazım olan yerdə və lazım olan zamanda olması vəziyyəti.

Ətraflı...
xəttə qoşulma

Kommunikasiya kanalına qoşulmuş qanuni istifadəçinin ani qeyri-aktiv olan terminalının icazəsiz istifadəçi tərəfindən aktiv dinlənilməsi.

Ətraflı...
yükləmə sektoru virusu

Özünü sistemin yükləmə sektoruna yazan və əsas yükləmə yazısını yoluxduran virus.

Ətraflı...
Cəm : 82
Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.