hücum səthi

Proqram təminatı mühitində avtorizasiya edilməmiş istifadəçinin verilənləri mühitə daxil etməyə və mühitdən çıxarmağa cəhd edə bildiyi müxtəlif nöqtələrin ("hücum vektorlarının") toplusu.

Ətraflı...
Hücumun aşkarlanması və xəbər verilməsi

 İcazəsiz qəsdli fəaliyyətin aşkarlanması, identifikasiyası, analizi və müvafiq reaksiyanın hazırlanması üçün qərar qəbul edən şəxslərə bildirilməsi.

Ətraflı...
həyəcan siqnalı

İnformasiya təhlükəsizliyi hadisəsinin baş verməsi barədə informasiya təhlükəsizliyi vasitələrinin (IDS) generasiya etdiyi xəbərdarlıq (bildiriş).

Ətraflı...
İnformasiya təhlükəsizliyi xidmətinin mütəxəssisi/meneceri

İnformasiya təhlükəsizliyi siyasətinin bölmə, məsələn, iqtisadiyyat şöbəsi və ya marketinq xidməti səviyyəsində praktiki həyata keçirilməsi ilə məşğul olur. 

Ətraflı...
İnternetdən münasib istifadə siyasəti

İnternetdən istifadə müddətlərini və şərtlərini, o cümlədən, onlayn davranış və giriş imtiyazlarını təsvir edən yazılı müqavilə. Bu siyasət istifadəçilər tərəfindən imzalanır.

Ətraflı...
İstehkam-host

Xüsusi təşkil edilmiş və hücuma dayanıqlıq üçün möhkəmləndirilmiş əməliyyat sisteminin əsasında reallaşdırılan şəbəkələrarası ekran.

Ətraflı...
izlənmə müqaviməti

Təsadüfi bitlər generatorunun (ing. Random Bit Generator, RBG) çıxış ardıcıllığının gələcəkdə generator sındırıldıqda da iddia olunan təhlükəsizlik səviyyəsində ideal, təsadüfi ardıcıllıqdan fərqlənməyəcək şəkildə qalacağının təminatı. 

Ətraflı...
köhnə versiyanın bərpası

Jurnalda qeydə alınmış verilənlərdən və sonrakı versiyalardan istifadə etməklə verilənlərin əvvəlki versiyasının yenidən yaradılması.

Ətraflı...
kölgələmə

Agentin real girişi və ya real çıxışı bilmədən müştəriyə xidməti (məsələn, funksiyanın qiymətinin hesablanması) kodlaşdırılmış formada təmin etməsi metodu.

Ətraflı...
mavi komanda

Çin Xalq Respublikasının ABŞ-ın təhlükəsizliyinə qarşı ciddi təhlükə olması fikri əsasında birləşən ABŞ siyasətçiləri və jurnalistləri qrupuna verilən qeyri-rəsmi addır. 

Ətraflı...
Cəm : 82
Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.